“Toyota” aşdı - sürücü öldü

12 Sentyabr 2019 14:43 (UTC+04:00)

Ağcabədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Hadisə rayonun Qaradolaq kəndi ərazisində qeydə alınıb.

Saatlı rayon sakini Mehdi Nəsirovun idarə etdiyi “Toyota” markalı avtomobil hərəkətdə olan zaman aşıb. Yaralı dərhal rayon mərkəzi xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)