Bakıda toyda bəy əlinə mikrofon alıb qonaqları qovdu - VİDEO

12 Sentyabr 2019 14:53 (UTC+04:00)

Ötən gün APA TV-də yayımlanan "Gecə söhbəti" verilişində adət ənənələrimiz müzakirə edilib.

AzNews.az xəbər verir ki, verilişin qonaqları müğənni Manaf Ağayev, jurnalist Cavid Osmanov və Rəqibə Nazimqızı olub. Toy adətlərindən danışan jurnalist qarşılaşdığı maraqlı hadisədən danışıb.

"Bir dəfə yaxın dostlardan birinin toyunda idim. Bəy mikrofonu əlinə alıb qonaqlara dedi ki, "Sizin üçün toy bitib. Mənim üçün isə davam edir. Çıxışı tanıyırsız. Musiqiçiləri yola salıb rok ifaçıları gətirdilər, gitara ilə canlı ifalarla davam etdilər. Getmək istəyən getdi. Toy gecə 2-yə kimi davam elədi. Çox əyləncəli idi".

Aynur

AzNews.az