Özbəkistandan türkdilli dövlətləri sevindirən qərar - Əməkdaşlıq Şurasına qatılacaq

12 Sentyabr 2019 17:26 (UTC+04:00)

Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılmaq barədə qərar qəbul edib.

Bunu Türkiyənin Xarici işlər naziri Mövlüd Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qatılması çox müsbət haldır.

M.Çavuşoğlu əlavə edib ki, yaxın vaxtlarda Türkmənistanın da bu quruma üzv olması gözlənilir.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğızıstan daxildir. (Trend)