Nazir Sami Yusufun hazırladığı kompozisiyaya münasibət bildirdi

12 Sentyabr 2019 17:32 (UTC+04:00)

Mədəniyyət naziri Əbülfəs Qarayev Azərbaycan əsilli müğənni Sami Yusufun azərbaycanlı şair, mütəfəkkir İmadəddin Nəsiminin “Sığmazam” qəzəli əsasında kompozisiyaya hazırlamasına münasibət bildirib.

Nazir keçirdiyi mətbuat konfransında kompozisiyanı müsbət dəyərləndirdiyini vurğulayıb.

"Bu iş alqışlanan idi. Biz onu o vaxt qəsdən yaymadıq. Çünki razılıq əldə olunmuşdu. Yazılan rəyləri, fikirləri oxuyuram və çox xoş oldu. Yaradıcı insanların işi hər zaman göz önündə olur", Ə.Qarayev bildirib. (Report)