Fəxrəddin Manafovu yenidən səhnədə görə biləcəyimizə əminəm - Əbülfəs Qarayev

12 Sentyabr 2019 17:34 (UTC+04:00)

"Xalq artisti Fəxrəddin Manafovu yeni teatr mövsümündə səhnədə görə biləcəyimizə əminəm".

Bunu Mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, F.Manafovun tamaşası hələ də repertuardadır: "Onun hansısa şərtlərini yerinə yetirmək üçün teatr hazırdır".

Ə.Qarayev bildirib ki, bu ilin teatr mövsümünün açılışı yeni bərpa olunan Şuşa teatrında baş tutacaq: "Sentyabrın 17-də orada mövsümün açılışını edəcəyik". (Report)