İlham Əliyev Şamaxı rayonunda dağılan evlərin təmiri üçün 2 milyon manat ayırdı - SƏRƏNCAM

12 Sentyabr 2019 17:47 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şamaxı rayonunda baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncama imza atıb.

Sərəncama əsasən baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunda yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə həmin evlərin təmiri üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat Şamaxı Rayon İcra Hakimiyyətinə ayrılıb.