Qənirə Paşayeva əlilliyi olan gənclərlə görüşdü

12 Sentyabr 2019 17:56 (UTC+04:00)

Millət vəkili Q.Paşayevaya "Əngəlsiz Düşüncə" Sosial Inkişafa Yardım İctimai birliyi və Engelliler İçin Japon Sanatları ve Sprorları Kulübü- Aikido Engel Tanımıyor takımı əməkdaşlığı çərçivəsində, əlilliyi olan gənclərin reabilitasiyalarında nəticə almaq məqsədi ilə Azərbaycanda ilk baş tutan " Aikido Əngəl Tanımır" layihəsinin ilkin mərhələsinin bağlanış mərasimində iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində təşkil edilən tədbirdə çıxış edərək millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud insanlarımız üçün olan bütün gözəl layihələrə sevinirik və fiziki imkanları məhdud insanlarımızın öyrənməyə necə həvəsli və istedadlı olduqlarını, qısa zamanda nə qədər çox şeylər öyrənə bildiklərini görə bilmək çox gözəl idi dedi və bu layihəyə rəhbərlik etdiyi "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin dəstək olmasından çox məmnun olduğunu bildirdi.

Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin bir istiqaməti kimi əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası istiqamətində aparılan işlər barədə danışan millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud şəxslərə yüksək səviyyədə dövlət qayğısının göstərildiyini deyib.

1-ci vitse-prezident Mehriban Əliyevanın hər zaman fiziki imkanları məhdud şəxslərə qayğı ilə yanaşdığını deyən millət vəkili Q.Paşayeva fiziki imkanları məhdud şəxslərin cəmiyyətin müxtəlif sahələrində fəallığının artırılması məqsədilə çoxsaylı layihələrin həyata keçirilməsinin təqdirəlayiq olduğunu deyib. Millət vəkili Q.Paşayeva dövlət səviyyəsində göstərilən diqqət və qayğı sayəsində əlilliyi olan şəxslərin fəal şəkildə idmanla məşğul olduqlarını, beynəlxalq yarışlarda yüksək nəticələr əldə edə bildiklərini deyib.

Fiziki imkanları məhdud şəxslərin idmanla məşğul olmasının, beynəlxalq yarışlarda iştirak etmələrinin çox təqdirəlayiq olduğunu qeyd edən millət vəkili Q.Paşayeva Boccia idman növü ilə yanaşı, Aikido döyüş növü ilə məşğul olan fiziki imkanları məhdud insanlarımızdan ibarət bir komandanın yaradılacağına və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklərinə inandığını deyib, onlara gələcək yarışlarda da daha böyük uğurlar arzulayıb və “hər zaman yanınızdayıq” deyib.

Fiziki imkanları məhdud gənclərimizə AİKİDO-nun sirlərini öyrədən Türkiyənin Engelliler için Japon Sanatları və Sporları Kulübünün başqanı Engin Enginə və köməkçisi Ercan Aydəmirə təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva onlara uğurlar diləyib, növbəti səfərlərində də hər zaman lazımi dəstək göstərməyə hazır olduğunu deyib.

Millət vəkili Q.Paşayeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətovaya bu cür layihələrə dəstək olduqları üçün təşəkkürünü bildirib və fiziki imkanları məhdud gənclərimizin bu sahədə nə qədər böyük uğurlar qazana bilmə imkanları və prespektivləri barədə geniş fikir mübadiləsi olub.

Görüşdə millət vəkili Q.Paşayevaya Türkiyənin Engelliler için Japon Sanatları və Sporları Klübü Derneğinin başkanı Engin Engin və "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB-nin rəhbəri M.Qüdsi tərəfindən onların ortaq layihəsi olan "AİKİDO Əngəl Tanımır" adlı fiziki imkanları məhdud gənclərimiz üçün gözəl bir çalışmaya dəstək verdiyi üçün təşəkkür plaketi və sertifkat təqdim edilib.

Ona göstərilən etimada görə təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva hər zaman yanınızdayıq deyib və "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB-nə və Türkiyənin Engelliler için Japon Sanatları və Sporları Klübü Derneğinə ölkəmizdəki gələcək çalışmalarında uğurlar diləyib.

Sonra təlim iştirakçıları Aikido Yapon idman növündən fəndlər nümayiş etdiriblər.

Təlim iştirakçılarına Türkiyənin Engelliler için Japon Sanatları və Sporları Klübü Derneği və "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB tərəfindən sertifikatlar təqdim edilib, millət vəkili Q.Paşayeva isə təlim iştirakçılarının hər birinə hədiyyələr təqdim edib, "Əngəlsiz Düşüncə" Sosial İnkişafa Yardım İB-nin Mətanət Qüdsiyə daha da böyük uğurlar diləyib.