ABŞ Ukraynaya 140 milyon dollarlıq hərbi yardım ayırdı

12 Sentyabr 2019 18:01 (UTC+04:00)

ABŞ administrasiyası Ukraynaya təxminən 140 milyon dollar məbləğində hərbi yardım ayırmaq barədə qərar qəbul edib.

TASS-ın verdiyi xəbərə görə, bu barədə ABŞ dövlət katibinin hərbi-siyasi məsələlər üzrə köməkçisi Klark Kuper bildirib.

Qeyd olunub ki, maliyyə yardımı Ukraynanın təhlükəsizliyinin təmin edilməsinə kömək məqsədi ilə ayrılıb.(apa.az)

AzNews.az