Gürcüstanın Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olundu

12 Sentyabr 2019 18:57 (UTC+04:00)

Gürcüstanın keçmiş müdafiə naziri Levan İzoria ölkənin Kəşfiyyat Xidmətinə rəhbərlik edəcək.

L.İzoria Xidmətin əməkdaşları ilə görüş keçirib və qurumda həyata keçirilən islahatlarla tanış olub.

O, Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri David Sucaşviliyə peşəkarlığına görə təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

D.Sucaşvili Gürcüstan müdafiə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-dək müdafiə naziri olub.(report.az)

AzNews.az