Putin Həbib Nurməhəmmədovla görüşdü - VİDEO

12 Sentyabr 2019 19:22 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.

Rusiya KİV-i xəbər verir ki, görüş Mahaçqala şəhərində baş tutub. Görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap Nurməhəmmədov də iştirak edib. Qələbə münasibətilə Həbibi təbrik edən Putin Əbdülmanat Nurməhəmmədova da təbriklərini çatdırıb:

“Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Əsl ona layiq, güclü döyüş idi”.

Xatırladaq ki, Həbib sentyabrın 7-də Əbu-Dabidə amerikalı Dastin Puaryeyə qalib gələrək növbəti dəfə çempion titulunu qoruyub.(qafqazinfo.az)

AzNews.az