Dünyanın ən yaxşı universitetləri - SİYAHI

12 Sentyabr 2019 20:12 (UTC+04:00)

Dünyanın ən yaxşı universitetlərinin siyahısı açıqlanıb.

İngiltərənin “Times Higher Education” (THE) jurnalının təqdim etdiyi siyahıya 500 universitet daxil edilib.

Reytinq siyahısı tərtib edilən zaman təhsil müəssisələrinin elmi tədqiqatları, beynəlxalq araşdırmaları, gəlir artımı və digər amillər nəzərə alınıb.

Siyahıya İngiltərənin Oksford Universiteti başçılıq edir. Sözügedən ali məktəb dörd ildir ki, dünyanın ən yaxşı universiteti seçilir. İkinci sırada Kaliforniya Texnologiya İnstitutu (ABŞ), üçüncüdə isə Kembric Universiteti (Böyük Britaniya) qərarlaşıb.

Builki siyahının hazırlanmasında 92 ölkədən 1420 universitetin göstəriciləri nəzərdən keçirilib. Siyahıya ABŞ-dan 60, İngiltərədən 28, Almaniyadan 23 və Avstraliyadan 11 universitet daxildir.(qafqazinfo.az)

AzNews.az