Türkiyənin 21 ölkədə səfiri dəyişdi

12 Sentyabr 2019 20:26 (UTC+04:00)

Türkiyənin 21 ölkədə səfiri dəyişib.

“Gazeteabc.com”ın verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu vəzifəyə yeni təyin olunan səfirlərə aidiyyəti təlimatı verib.

Türkiyənin Türkmənistan, Banqladeş, Şri-Lanka, Şimali Makedoniya, Belarus, Estoniya, Qazaxıstan, İordaniya, Qvatemala, Belçika, Bolqarıstan, Madaqaskar, Kosta-Rika, Dominikan Respublikası, Trinidad və Tobaqo, Qambiya, Çad, Laos, Çili, Qabon və Əlcəzairdəki səfirləri dəyişib.(apa.az)

AzNews.az