Ronaldinyo vida matçı keçirir

12 Sentyabr 2019 20:37 (UTC+04:00)

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun vida oyunu keçiriləcək.

39 yaşlı yarımmüdafiəçi Kolumbiyanın "İndependiente Santa Fe" klubunda vida matçına çıxaraq, karyerasını başa vuracaq. Rəqib komanda və matça dəvət alacaq məşhur futbolçular barədə məlumat verilməyib.

Vida oyunu oktyabrın 17-si baş tutacaq. Biletlərin qiyməti 7-30 avro aralığında olacaq.

Qeyd edək ki, Ronaldinyo sonuncu dəfə 4 mövsüm əvvəl ölkəsinin "Fluminense" klubunda oynayıb.(qafqazinfo.az)

AzNews.az