Prezidentin qızı Arzu Əliyevanın filmi bu dillərdə nümayiş etdirildi - FOTO

13 Sentyabr 2019 09:06 (UTC+04:00)

Azərbaycanın Türkiyədəki Səfirliyində ölkəmizin diplomatik xidmət orqanlarının 100 illik yubileyi münasibətilə Ankarada akkreditə olunan diplomatik korpusun nümayəndələri üçün ingiliscə “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

Sənədli film Türkiyə ictimaiyyəti üçün “Cernmodern” Mədəniyyət Mərkəzində türkcə nümayiş olunub.

Qeyd edək ki, 1919-cu ildə Azərbaycan diplomatik əlaqələrinin yaranmasından bəhs edən “Əbədi ezamiyyət” sənədli filmi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın baş prodüserliyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilib. (APA)