Türkiyədə hərbçiləri ildırım vurdu

13 Sentyabr 2019 13:03 (UTC+04:00)

Türkiyənin İzmir vilayətində ildırım vurması nəticəsində 7 hərbçi xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Onların vəziyyəti normal qiymətləndirilir.

Qeyd edək ki, 2015-ci ilin oktyabrında ildırım vurması nəticəsində 5 hərbçi həlak olmuşdu. (Trend)

AzNews.az