Türkiyədə Azərbaycan vətəndaşı bıçaqlandı

13 Sentyabr 2019 14:01 (UTC+04:00)

Türkiyədə Azərbaycan vətəndaşı Elbrus Hacılı bıçaqlanıb.

Hadisə Antalyada Konyaaltı rayonunda baş verib.

Hadisənin hansı səbəbdən baş verdiyi acıqlanmasa da, insidentdən əvvəl E.Hacılının əcnəbi vətəndaşla mübahisə etdiyi bildirilir.

Məlumata əsasən, E.Hacılı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxsin axtarışı davam etdirilir. (Trend)