Azərbaycan hökuməti illik inflyasiya ilə bağlı proqnozlarını açıqladı

13 Sentyabr 2019 17:06 (UTC+04:00)

2019-cu ildə Azərbaycanda inflyasiyanın 3,7% təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verilir.

Hökumətin 2020-ci ildə qiymət artımı ilə bağlı proqnozu isə 4,6%-dir. Bu göstəricinin 2021-ci ildə 4,5%, 2022-ci ildə 4,1%, 2023-ci ildə isə 3,9% olacağı gözlənilir.