İpoteka üçün 30 milyon manat borc alındı

13 Sentyabr 2019 17:47 (UTC+04:00)

13 sentyabr Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC -nin AZ2039008688 ISIN-li, 30 milyon manat həcmində, 23 il tədavül müddətli ipoteka stiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.

Yerləşdirmə zamanı hərrac qiyməti 1004.4167 AZN olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 milyon manat olub.

İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 milyon manat təşkil edib.

İstiqrazların ödəmə tarixi 23 mart 2042-ci ildir.

AzNews.az