Türkiyədə bələdiyyə sədri tutuldu, səbəbi...

13 Sentyabr 2019 18:52 (UTC+04:00)

Dünən Diyarbəkirin Kulp qəsəbəsində törədilmiş terror aktına görə bələdiyyə sədri M.F.T. həbs edilib.

“Haberler” xəbər verir ki, 7 nəfərin öldüyü, 10 nəfərin yaralandığı terrorda daha 3 nəfər şübhəli bilinir. Onların arasında HDP-nin qəsəbə üzrə rəhbəri A.K., Kulp bələdiyyəsinin işlər müdiri Ş.A. da var.

Daha bir şübhəlinin axtarışları davam etdirilir.(qafqazinfo.az)

AzNews.az