31 yaşlı kişi tanımadığı şəxs tərəfindən döyüldü

13 Sentyabr 2019 23:06 (UTC+04:00)

Bakıda döyülmə hadisəsi baş verib.

Hadisə paytaxtın Xətai rayonunda yerləşən "Salam" zirvəsində qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Hüseynov Elvin Sərdar oğlu tanımadığı şəxs tərəfindən döyülüb.

Ona almacıq sümüyünün sınığı diaqnozu qoyulub.(report.az)

AzNews.az