“Barselona” müdafiəçisini itirdi

14 Sentyabr 2019 10:59 (UTC+04:00)

İspaniyanın “Barselona” klubu itki ilə üzləşib.

Kataloniya təmsilçisi fransalı müdafiəçisi Samuel Umtitinin xidmətindən məhrum olub.

Fransa milli komandasının düşərgəsində məşq zamanı zədələnən arxa xətt oyunçusunun xəsarətinin ciddi olması aşkarlanıb. Sağ ayağı zədələnən futbolçuda çat aşkarlanıb.

25 yaşlı müdafiəçinin müalicə və bərpası 5-6 həftə çəkəcək. S.Umtiti də bir aydan artıq müddətdə komandasına kömək edə bilməyəcək. (APA)