Tanınmış yazıçı dünyasını dəyişdi

14 Sentyabr 2019 14:04 (UTC+04:00)

Macarıstanlı yazıçı Dyerd Konrad (György Konrád) 87 yaşında vəfat edib.

Rusiya mətubatının verdiyi məlumata görə, yaxınları onun uzun müddətdir, xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.

Konrad 2 aprel 1933-cü ildə müasir Macarıstanın şərqindəki Debretsen şəhərində, yəhudi ailəsində anadan olub. 1956-cı ildə Budapeşt Universitetini bitirib, 1959-cu ildən isə çap olunub.

Konrad “Ağır gün” (1969), “Şərik” (1982), “Bağda bal” (1989) kimi romanların müəllifidir.

1976-1989-cu illərdə Macarıstanda Konradın əsərlərinin çapına qadağa qoyulub.(apa.az)

AzNews.az