Aktyor və komandası hücuma məruz qaldı

14 Sentyabr 2019 13:12 (UTC+04:00)

“Bir Baba Hamlet” tamaşası üçün İzmirə gedən aktyor Şevket Çoruh və komandasına hücum olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şevket Çoruh yaşadığı hadisəni “Twitter” sosial media hesabında paylaşıb:

"İzmirin mərkəzində hücuma məruz qaldıq...İyirmiyə yaxın əli bıçaqlı insan tərəfindən...Canımızı qurtardıq... İndilik..."

Kantar polis mərkəzinə gedən Şevket Çoruh hadisənin səbəbini bu sözlərlə izah edib:
"Küçə heyvanlarını əzmək istəyən bir dəstəyə müdaxilə etdiyimiz üçün bizi linç etmək istədilər”.

Səidə Vahid
AzNews.az