YAP-ın nümayəndə heyəti Çin səddində Azərbaycan bayrağını dalğalandırdı

14 Sentyabr 2019 17:34 (UTC+04:00)

Cin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin 20 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün bu ölkədə səfərdə olan Azərbaycan nümayəndə heyəti bu gün dünyaca məhşur, bəşər tarixinin 7 möcüzəsindən biri olan Çin səddinə ekskurs ediblər.

Nümayəndə heyətinin üzvləri sədd üzərində Azərbaycanın və YAP-ın bayraqlarını dalğalandırıblar.

Xatırladaq ki, Milli Məclisin komitə sədri, YAP Siyasi Şurasının üzvü Hadı Rəcəblinin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının 19 nəfərdən ibarət nümayəndə heyəti sentyabrın 11-17 tarixləri arasında Çində səfərdə olacaqdır.

AzNews.az