Müdafiə Nazirliyi və Türkiyə səfirliyindən birgə yürüş - FOTO

14 Sentyabr 2019 18:50 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyi Bakının işğaldan azad olunmasının 101 illiyi ilə əlaqədar yürüş təşkil edib.

Yürüş Bakıdan başlayıb və Qobustan rayonunun Acıdərə deyilən ərazisindəki “Türk şəhidliyi” abidəsində sona çatıb.

Yürüşdə 202 hərbçi iştirak edib. İlk olaraq, abidə ziyarət olunub. Daha sonra Azərbaycan və Türkiyənin himnləri səsləndirilib. (Oxu.az)