Arvadını baltalayan kişi məhkəmə qarşısında

14 Sentyabr 2019 20:57 (UTC+04:00)

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını balta ilə qətlə yetirməkdə təqsirləndirilən Elçin Qurbanov və onunla birgə həbs edilən Sadiq Hümbətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı sentayabrın 17-ə təyin edilib.

Qeyd edək ki, bu ilin mart ayında Bərdə rayonunun Kətəlparaq kəndində İmişli rayon sakini E.Qurbanov balta ilə həyat yoldaşı Nəbat Qurbanovanı qətlə yetirib. O, daha sonra qayınanası Rahilə Qarayevaya da balta ilə ağır xəsarət yetirib. Bununla kifayətlənməyən şəxs evə od vuraraq 6 yaşlı övladını da götürərək gedib. Yaralı qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. E. Qurbanov polis tərəfindən saxlanılıb. İstintaqın gedişatında Sadiq Hümbətov də cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.(apa.az)

AzNews.az