Yol qəzası üç nəfəri həyatından etdi

14 Sentyabr 2019 21:34 (UTC+04:00)

İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətinin Quçan rayonunda “Rio” markalı avtomobil “PK” avtomobili ilə toqquşub.

Bunu İranın Rəzəvi Xorasanı vilayətinin Quçan rayonu hüquq-mühafizə orqanının polis rəisi polkovnik Qədir Mesrxani deyib.

Q.Mesrxaninin sözlərinə görə, nəticədə 1 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həlak olub.

Polis rəisi qəzada 6 nəfərin də yaralandığını və yaralıların xəstəxanaya çatdırıldığını deyib.

Polis rəsmisi bildirib ki, qəzaya səbəb “PK” avtomobilinin qarşı yola çıxması olub.(trend.az)

AzNews.az