İndoneziya sahillərində güclü zəlzələ

14 Sentyabr 2019 22:50 (UTC+04:00)

İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ-ın Geoloji xidməti bildirib.

Yeraltı təkanlar "UTC" vaxtı ilə saat 16.21-də qeydə alınıb. Zəlzələnin episentri Laivui (Şimali Maluku əyaləti) kəndindən 108 kilometr şimal-şərqdə yerləşib.

Zəlzələnin ocağı Laivui (Şimali Maluku əyaləti) kəndindən 108 kilometr şimal-şərqdə yerləşib.

Mümkün tələfat və dağıntı barədə məlumat verilməyib.(trend.az)

AzNews.az