Dronların hücumu Səudiyyə Ərəbistanını neft hasilatının yarısından məhrum etdi

15 Sentyabr 2019 04:56 (UTC+04:00)

Səudiyyə Ərəbistanının energetika naziri Abdel Əziz ben Salman şənbə günü Krallığın neft obyektlərinə edilən hücumlar nəticəsində neft hasilatının 50% azaldığını təsdiq edib.

TASS-ın məlumatına görə, bu barədə SPA agentliyi yazır.

Nazirin sözlərinə əsasən, partlayışlar 5,7 mln.barrel həcmində xam neft tədarükünün dayandırılmasına gətirib çıxarıb ki, bu da şirkətin hasilatının təxminən 50% -nə müvafiqdir.

O bildirib ki, bu itkilərin bir hissəsi ehtiyat anbarlarından kompensasiya olunacaq. (oxu.az)

AzNews.az