ABŞ-da naməlum şəxs metroda insanları güllələyib - ölən və yaralananlar var

15 Sentyabr 2019 06:50 (UTC+04:00)

ABŞ-ın Sietl şəhərində atışma nəticəsində bir nəfər həlak olub.

CNN xəbər verir ki, naməlum şəxs metro stansiyasına girərək insanlara atəş açıb.

Hadisə nəticəsində 3 nəfər yaralanıb, bir nəfər isə xəstəxanada dünyasını dəyişib.

Atəş açan şəxs polis tərəfindən axtarılır.

Hadisənin motivləri hələlik məlum deyil. (apa)

AzNews.az