Rusiyada vertolyot itib

15 Sentyabr 2019 10:11 (UTC+04:00)

RİA Novosti”nin verdiyi məlumata görə, Yakutiyada filiz və qiymətli metal emalı ilə məşğul olan "Nera-Antaqaçan" şirkətinə məxsus vertolyotla əlaqə kəsilib.

Sentyabrın 13-də Ust-Nera qəsəbəsindən Oymyakon rayonu ərazisindəki Utoçan dərəsinə uçan vertolyot sentyabrın 14-də Ust-Nera qəsəbəsinə qayıtmalı olsa da, vertolyotdan xəbər yoxdur. Vertolyotun göyərtəsində pilot və şirkətin 2 işçisi olub.

Vertolyotun axtarışlarına başlanıb. (apa)

AzNews.az