75 yaşlı sürücü 7 piyadanı vurdu

15 Sentyabr 2019 16:43 (UTC+04:00)

Yaponiyada taksinin piyadaların üzərinə sürülməsi nəticəsində 7 nəfər xəsarət alıb.

Insident ötən gün yerli saatla 21.20-də Naqoya şəhərində qeydə alınıb.

Bu barədə NHK telekanalı məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, avtomobil anidən səkiyə tərəf istiqamətlənib və səkidə hərəkət edən bir qrup piyadaya çırpılıb. Hadisədə yaralılardan birinin vəziyyəti ağır qiymətləndirilib. Artıq polis 75 yaşlı taksi sürücüsünü saxlayıb. O, sorğu-sual zamanı, qəza anını xatırlamadığını bildirib.

Hadisə ilə bağlı araşdırma aparılır. (avtosfer.az)

AzNews.az