Hindistanda gəmi batdı - 12 ölü

15 Sentyabr 2019 17:08 (UTC+04:00)

Hindistanın Andhra Pradeş ştatında səyahət gəmisinin batması nəticəsində ən azı 12 nəfər ölüb, 20-dən çox insan itkin düşüb.

Hadisə Qodavari çayında baş verib.

Göyərtəsində təxminən 60 nəfərin olduğu gəmi Qandipoçamma məbədindən Papikondalu turizm məkanına doğru gedirmiş. Hadisə yerinə dərhal xilasedicilər cəlb olunub.

Bildirilir ki, qəzaya səbəb son günlər şiddətli yağışlar səbəbindən həmin çayda iti su axını olub. (Azərtac)

AzNews.az