Elmar Məmmədyarov İtaliya və Macarıstana rəsmi səfərə getdi

15 Sentyabr 2019 17:40 (UTC+04:00)

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Müqəddəs Taxt-Taca rəsmi səfərə, ardınca İtaliya Respublikası və Macarıstana işgüzar səfərə yola düşüb.

Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən məlumat verilib

Səfərlər çərçivəsində nazir E.Məmmədyarovun qarşı tərəfin rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi, həmçinin Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) xarici işlər nazirlərinin görüşündə və TDƏŞ Nümayəndəliyi Ofisinin açılışında iştirakı nəzərdə tutulur. (Trend)

AzNews.az