Müəllimlərin bu addımı naziri heyrətləndirdi

15 Sentyabr 2019 20:08 (UTC+04:00)

Türkiyənin Təhsil naziri Ziya Səlcuqun müəllimlərlə bağlı yazdığı fikirlər sosial şəbəkədə geniş müzakirə olunmaqdadır.

Nazir qəfildən məktəblərdən birinə girib müəllimlər otağına qalxdığını, zəng vurulduqdan sonra bütün müəllimlərin dərsə getdiyini yazıb.

"Zəng vuruldu, müəllimlər "cənab nazir, icazənizlə" deyərək, siniflərə getdilər. Nazir gəlib deyə uşaqları gözlətməyən müəllimlərə təşəkkür edirəm!", - deyə təhsil naziri bildirib.

Onun bu fikirləri sosial şəbəkədə böyük maraq doğurub. (Axar)

AzNews.az