Bakıda yol polisləri dəhşətli qəzaya düşdü - VIDEO

15 Sentyabr 2019 21:04 (UTC+04:00)

Bu gün səhər 7:00 radələrində Bakıda yol polisləri ağır qəzaya düşüblər.

99 YP 468 nömrə nişanlı avtomobil Binəqədi rayonu ərazisində, Azadlıq prospektində qəzaya düşüb. Qəzaya düşənlər Bakı Şəhər Yol Polisi İdarəsinin gecə növbəsinin əməkdaşları olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Bakupost.az-a bildirib ki, faktla bağlı Binqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir:

“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalana yerləşdiriliblər, vəziyyətləri qənaətbəxşdir”. (Axar)

AzNews.az