Salyanda 3 yaşlı uşağı avtomobil vurdu

15 Sentyabr 2019 22:57 (UTC+04:00)

Salyanda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Salyan-Şirvan avtomobil yolunun Noxudlu kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, rayonun Arbatan kənd sakini, 2016-cı il təvəllüdlü Hüseynova Leyla İsrafil qızı xalasının nəzarətindən çıxaraq qaçıb. Elə bu zaman hərəkətdə olan “QAZ-31” markalı avtomobil azyaşlını vurub. L.Hüseynova Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

AzNews.az