Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Xırdalan şəhərindəki yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Hüseynov Seymur Elbrus oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib.
Fakla bağlı Abşeron polisi tərəfindən araşdırma aparılır. (Report)
AzNews.az