Tunisdə prezident seçkilərinə səsvermə başa çatdı

15 Sentyabr 2019 23:53 (UTC+04:00)

Tunisdə növbədənkənar prezident seçkilərinin birinci turu başa çatıb.

Bunu Seçkilər üzrə Ali Müstəqil Komissiyanın rəhbəri Nabil Baffun mətbuat konfransında deyib.

Onun sözlərinə görə, birinci turda saat 20:00 (GMT+4) üçün seçicilərin aktivliyi 35 faiz təşkil edib.

Məlumata əsasən, seçkilərin nəticələri qanuna uyğun olaraq 3 gün ərzində bəyan edilməlidir.

Qeyd edək ki, Tunisin prezidenti postuna 24 nəfər namizədliyini irəli sürüb. (Trend)

AzNews.az