Kim Çen In Trampa məktub yazdı - Pxenyana səfərə dəvət etdi

16 Sentyabr 2019 08:34 (UTC+04:00)

Şimali Koreyanın lideri Kim Çen In ABŞ prezidenti Donald Trampa Phenyanda görüş keçirməyi təklif edib.

AzNews.az bildirir ki, bu barədə Cənubi Koreyanın “JoongAng Ilbo” qəzeti özünün mənbələrinə istinadən xəbər verir.

Qəzetin məlumatına əsasən, avqustun sonlarında ABŞ liderinə ünvanlanmış məktubda Inın Trampla üçüncü sammiti keçirməsinə hazır olduğu bildirilir.

İsmarışda Amerika prezidenti Phenyana dəvət də olunub.

AzNews.az