"Nissan"ın başçısı istefa verdi

16 Sentyabr 2019 09:36 (UTC+04:00)

Yaponiyanın "Nissan Motor" avtomobil korporasiyasının rəhbəri Xiroto Saikava istefa verib.

Onu bu postda müvəqqəti olaraq 63 yaşlı Yasuxiro Yamauti əvəz edəcək.

Qeyd edək ki, bu Yaponiya şirkətində problemlər artıq 2018-ci ildə sabiq başçı Karlos Qonanın maliyyə fırıldaqları və vergilərdən yayınmada ittiham olunmasından sonra başlayıb. Hazırda o, ev dustağıdır.

"Nissan"ın yeni müvəqqəti başçısının üzərinə avtomobil bazarında rəqiblər qarşısında zəifləmiş mövqelərini yüksəltmək kimi ağır iş düşür. (Trend)