Neft 100 dollaradək bahalaşa bilər

16 Sentyabr 2019 10:11 (UTC+04:00)

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinə məxsus olan iki neft emalı zavoduna pilotsuz uçan obyektlər tərəfindən edilən hücum neftə olan qiymətin 100 ABŞ dolları səviyyəsinə çatmasına səbəb ola bilər.

Bu cür proqnozla xarici mütəxəssislər çıxış ediblər.

Onların fikrincə, neftin qiymətinin 100 dollara qədər artması sözügedən obyektlərdə vəziyyətin bir ay ərzində normallaşması şəraitində baş verə bilər.

Səudiyyə Ərəbistanının neft hasilatını azaltması artıq nefti kəskin bahalaşdırıb. Belə ki, xəbər yazılan vaxtda ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 10,49% artaraq 1 barelə görə 66,54 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında oktyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 9,20% artaraq 59,84 dollar təşkil edib. (APA)