Ermənilər Ağdam rayonunda təlim keçir

16 Sentyabr 2019 14:37 (UTC+04:00)

Ermənistan Silahlı Qüvvələri Ağdamın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə başlayıb.

Kəngərli kəndi və Uzundərə adlanan ərazidə keçirilən təlim zamanı zirehli texnika və artilleriya qurğularından istifadə edilir.

Hazırda erməni ordusunun təlim atışlarının səsi cəbhəyanı ərazilərdə aydın eşidilir. (APA)