Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin rəhbəri Andrey Boqdan “Xalqın nökəri” partiyasında dəli və psixi xəstə insanların olduğunu bildirib.
AzNews.az-ın məlumatına əsasən, bu barədə “112 Ukrayna” saytı yazır.
“Orada dəli, psixi xəstə insanlar var. Onlar cəmiyyətin qalıqlarıdır”, - deyə Boqdan bəyan edib.
O qeyd edib ki, partiyanın üzvləri öz aralarında dalaşır, “nəsə tələb edirlər”.
“Lakin hələ hamı birlikdə bir məqsədə doğru gedir – biz vahid komandayıq”, - deyə Boqdan vurğulayıb.
AzNews.az