686 nəfərdən biri olan namizəd - FOTO

15 May 2013 10:19 (UTC+04:00)
İranda iyunun 14-ü keçiriləcək prezident seçkilərində iştirak etmək üçün namizədliyini verən 686 nəfərdən biri də 27 yaşlı qadındır.

"Qafqazinfo"nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Zəhra Mohammadi prezident Əhmədinejatın baş məsləhətçisi İsfəndiyar Rahim Meşainin namizədliyi irəli sürdüyü gün qeydiyyatdan keçib. Prezidentliyə namizəd olan iranlı qadın jurnalistlərin israrına rəğmən açıqlama verməkdən imtina edib. Mohammadi sadəcə olaraq "qələbə" işarəsi tutmaqla seçkilərdə iddialı olduğunu göstərməklə kifayətlənib.

Qeyd edək ki, artıq seçim öncəsi ölkənin dini lideri Ayətullah Xomeyni ilə prezident Əhmədinejat arasında böyük siyasi rəqabətin yaşandığı deyilir. Məsləhətçisi və qudası Rəhim Meşaini şəxsən namizəd kimi təqdim etməsi isə dövlət başçısının cəzalanması ilə nəticələnə bilər.

Xatırladaq ki, 2009-cu il prezident seçkiləri zamanı ölkə müxalifəti saxtakarlığın olduğunu iddia edərək nümayişlərə başlamışdı.

Nümayişlərdə onlarla insan öldürülmüşdü.

AzNews.az