Ruhani Ermənistana səfər edəcək

16 Sentyabr 2019 16:58 (UTC+04:00)

İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.

“aysor.am”a istinadən verilən xəbərə görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, səfər oktyabrın 1-də baş tutacaq.

Xatırladaq ki, oktyabrın 1-i Yerevanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. (APA)