“Milli Şuraya Qərbdən dəstək yoxdur”

15 May 2013 10:23 (UTC+04:00)
Bəxtiyar Hacıyev: "Ola bilsin ki, dəstək var, amma bu Qərbdən deyil"

"Milli Şuranın uğurlu prosesə çevriləcəyini deyə bilmərəm. Əgər ya xaricdən ya da xalqdan dəstək olmayacaqsa, bu təşəbbüs fiaskoya uğraya bilər".

AZNEWS.AZ-ın məlumatına görə, bu sözləri "Bizim Yol" qəzetinə müsahibəsində keçmiş vicdan məhbusu, gənc fəal Bəxtiyar Hacıyev deyib.

Milli Şuraya dəvət aldığını, lakin qoşulub-qoşulmamaq barədə son qərarını vermədiyini deyən B.Hacıyev deyib ki, ötən ay Vaşinqtonda və Londonda olanda Milli Şuraya beynəlxalq dəstəyi görə bilməyib: "Ola bilsin ki, dəstək var, amma bu dəstək Qərbdən deyil. Qərbdən bu dəstəyi hiss etmədim. Elə buna görə də bir çox suallar açıq qaldı".

Milli Şuraya qoşulmaqda tərəddüd etdiyini deyən gənc fəal bildirib ki, o, növbəti dəfə insanların ümidsizliyə uğramasında iştirak etmək istəmir.

AzNews.az