Ən təhlükəli yatış tərzi açıqlandı

16 Sentyabr 2019 17:33 (UTC+04:00)

Bir tərəfi üstə yatmaq onurğa sütünü üçün ziyandır, üzü üstə yuxuya getmək isə qarın boşluğunda yerləşən orqanlara təzyiqi artırır.

AzNews.az bildirir ki, belə bir qərara rusiyalı kardioloqlar gəliblər.

Mütəxəssislərin sözlərinə əsasən, optimal variant beli üstə yatmaqdır. Həkimlər bildiriblər ki, ən təhlükəli poz isə “oturaqlı” yatmaqdır.

““Oturaqlı” yatış tərzi ürəyin işinə təsir göstərir. Bu zaman qarın boşluğu orqanlarına təzyiq artır, nəticədə bədənə artıq su yığılır. Bu da venaların genişlənməsinə və tromboza gətirib çıxarır”, - deyə mütəxəssislər qeyd ediblər.

Həkimlər gündüz yuxusunun faydasını xüsusi vurğulayıblar. Belə ki, mediklərin sözlərinə əsasən, belə yuxu nəticəsində ürək xəstəlikləri riski azalır.

AzNews.az