İlk dərs günü məktəblini maşın vurdu, öldü

16 Sentyabr 2019 18:10 (UTC+04:00)

İlk dərs günü məktəbli yol qəzasında ölüb.

Hadisə günorta saatlarında Şamaxının mərkəzi küçələrininin birində baş verib. İlkin məlumatlara görə, minik avtomobili yolu keçmək istəyən 3-cü sinif şagirdi 9 yaşlı Yusif Nuriyevi vurub.

Hadisə şahidlərinin sözlərinə görə azyaşlı qəza yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.(qafqazinfo.az)

AzNews.az