Bir yaşlı körpənin üstünə qaynar su dağıldı - Vəziyyəti ağırdır

16 Sentyabr 2019 22:05 (UTC+04:00)

Sabirabad rayonunda 1 yaşlı uşağın üzərinə qaynar su tökülüb.

Hadisə rayonun Nəriman Nərimanov küçəsində baş verib.

Belə ki, 2018-ci il təvəllüdlü Özgür Əhmədov valideyn nəzarətindən kənar qalıb. Nəticədə çaydanın içərisində qaynar su onun üzərinə tökülüb. Körpə ağır yanıq xəsarətləri alaraq Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.(apa.az)

AzNews.az